“Xoy” öldü, “qanuni oğru”lar İrəvana axışır
24 aprel 2013 12:23 (UTC +04:00)

“Xoy” öldü, “qanuni oğru”lar İrəvana axışır

Məşhur “qanuni oğru” Rafiq Xoesyan İrəvanda vəfat edib.

 

Lent.az-ın “aznews.az” saytına istinadən verdiyi məlumata görə, Rafiq Xoesyan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Qeyd edək ki, “Xoy” ləqəbi ilə tanınan “qanuni oğru” köhnə nəsil oğrularından hesab edilirdi. Son zamanlar o, səhhəti ilə əlaqədar kənara çəkilərək işlərini öz titullu oğlu Rəfaelə dövr edib. Keçmiş SSRİ-nin hər yerindən Xoyla vidalaşmaq və sabah keçiriləcək dəfn mərasimində iştirak etmək üçün “qanuni oğru”lar İrəvana axışır. Buna görə də xüsusilə paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilir. 

 

# 2155
avatar

Oxşar yazılar