“Valeri Tbilisskiy” ləqəbli “qanuni oğru” Valeri Farizov Moskvada saxlanılıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi hazırda “qanuni oğru”nun Gürcüstana deportasiyası üçün sənədlərin hazırlandığını açıqlayıb.
Valeri Farizov Moskvada keçirilən “Ekran” əməliyyatı zamanı saxlanılıb. O, Moskvada soyğunçuluq və dələduzluqla məşğul olan etnik cinayətkar qrup təşkil etməkdə və onu idarə etməkdə günahlandırılır.