Misir prezidenti Məhəmməd Mursi əleyhinə aksiyanın keçirildiyi Qahirənin Təhrir meydanında hollandiyalı jurnalist qız zorlanıb.
Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan jurnalisti özlərini inqilabçı adlandıran misirlilər zorlayıb.
Jurnalist xəstəxanaya yerləşdirilib. Son məlumatlara görə, hollandiyalı jurnalist də daxil olmaqla, son günlər hökumət əleyhinə aksiyalarda 43 qadın zorlanıb. Anoloji olay 2011-ci ildə də yaşanıb. Həmin vaxt bir neçə kişi CBS telekanalının müxbiri Lara Loqanı zorlamışdı.