«Əl-Cəzirə» telekanalının xüsusi müxbiri Qahirədən bildirib ki, hərbçilər və polislərlə nümayişçilər arasında Ramzes meydanındakı toqquşma nəticəsində azı 95 nəfər həlak olub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Müsəlman qardaşları» hərəkatının liderləri misirliləri dağılmağa və gələn həftə aksiyaları davam etdirməyi təklif edib.
Misir KİV bildirib ki, avqustun 16-da Qahirə və ölkənin başqa şəhərlərində keçirilən etiraz aksiyaları nəticəsində yüzdən çox etirazçı həlak olub.