“Müsəlman qardaşlar” hakimiyyəti geri qaytarmaq niyyətindədir
12 iyul 2013 04:53 (UTC +04:00)

“Müsəlman qardaşlar” hakimiyyəti geri qaytarmaq niyyətindədir

Misirdə devrilmiş prezidentin tərəfdarları qarşıdakı üç cümə ərzində Məhəmməd Mursinin dövlət başçısı vəzifəsinə qaytarılması tələbi ilə Qahirədə kütləvi etiraz aksiyaları təşkil etmək niyyətindədir.


 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, “Müsəlman qardaşlar” hərəkatının liderlərindən biri, Məhəmməd əl-Baltaqi məsələ ilə bağlı bunları deyib: “Bu etiraz aksiyaları heç kəs tərəfindən diktə olunmayıb. Qarşıda üç cümə var və bu müddət ərzində dönüş baş verməlidir... Sabah Qahirədə hamı əlində Misirin bayrağını tutaraq küçələrə çıxmalıdır”.

 

Devrilmiş prezidentin tərəfdarları artıq bir həftədir ölkənin bir sıra şəhərlərində müddətsiz aksiyaları keçirir.

 

Qeyd edək ki, hərəkatın lideri Məhəmməd Badia və “Müsəlman qardaşlar”ın rəhbərliyində təmsil olunan bir neçə lideri “insanları iğtişaşa təhrik etməkdə” günahlandırılaraq, axtarışdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar