“İnqrid” burulğanı və leysan yağışla müşayiət olunan “Manuel” tropik qasırğası Meksikada dağıntı və tələfata yol açıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, subasma və torpaq sürüşməsi 25 nəfərin ölümünə səbəb olub.
Meksikanın şərqindəki Verakrus ştatında təhlükəli rayonlardan 5 min insan evakuasiya edilib. Digər ştatlarda da evakuasiya həyata keçirilir.