“Böyük-8”-liyin nazirləri İranı konstruktivliyə çağırıblar
11 aprel 2013 20:35 (UTC +04:00)

“Böyük-8”-liyin nazirləri İranı konstruktivliyə çağırıblar

“G-8” ölkələrinin xarici işlər nazirləri İranın BMT Təhlükəsizlik Şurası və AEBA-nın qətnamələrini pozaraq nüvə silahı və ballistik raket proqramlarını davam etdirməsindən narahatlıq ifadə ediblər. APA-nın məlumatına görə, bu narahatlıq XİN başçılarının Londonda başa çatan görüşünün yekun bəyanatında öz əksini tapıb.

 

Nazirlər İranı diplomatik prosesdə aktiv və konstruktiv əməkdaşlığa çağırıblar: “İran beynəlxalq ictimaiyyətin narahatlığına nə qədər tez diqqət yetirsə, təcriddən bir o qədər tez qurtarmaq və vəziyyətini yaxşılaşdırmaq imkanı var”.

 

“G-8” XİN başçıları beynəlxalq ictimaiyyəti Suriya xalqına köməyi artırmağa, KXDR rəhbərliyini isə təxribatlardan çəkinməyə çağırıblar. 

 

# 385
avatar

Oxşar yazılar