Bu dəqiqələrdə Sankt-Peterburqda Konstantinovsk sarayında “G-20” sammiti öz işinə başlayıb.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dünyanın ən böyük iqtisadiyyatına malik 20 ölkənin liderlərinin qatıldığı sammit Suriya böhranı ilə bağlı müzakirələrin kəskinləşməsi fonunda keçirilir.
Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, dünya iqtisadiyyatı qlobal iqtisadi böhrandan hələ tam qurtulmayıb, ciddi risklər qalmaqdadır. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı inkişaf etsə də, inkişaf tempi yetərli deyil. Uzun illərdən sonra ilk dəfə Yaponiyada iqtisadi inkişaf barədə danışmaq mümkün olsa da, bu tendensiyanın möhkəm qorunacağına zəmanət yoxdur.
Vladimir Putin Avropa Birliyi ölkələrindəki durğunluğa diqqət çəkib. O qeyd edib ki, bu ilin ikinci rübündə Avropa Birliyində cəmi 0,3 faiz artım qeydə alınıb, ümumilikdə il ərzində isə 0,6 faiz geriləmə gözlənilir.