Misirdə “Müsəlman qardaşlar” hərəkatının daha bir lideri Mustafa Göneym həbs olunub. APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bundan əvvəl hərəkatın bir neçə yüksək vəzifəli üzvünün həbs olunması barədə məlumat yayılmışdı. Bundan başqa, hərəkatın daha 5 üzvünün silah saxladıqlarına görə həbs olunduğu bildirilir.