5 yaşlı oğlan 2 yaşlı bacısını güllələyib
02 may 2013 07:27 (UTC +04:00)

 5 yaşlı oğlan 2 yaşlı bacısını güllələyib

ABŞ-ın Kentukki ştatının Barkesvill şəhərində 5 yaşlı uşaq təsadüfən tüfəngdən iki yaşlı bacısına atəş açıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yerli polis bildirib ki, uşaq ötən il doğum günü münasibəti ilə hədiyə aldığı 22 çaplı tüfəngi ilə oynayırmış. Bu modelin  qoruycusu olur. Ancaq nədənsə onun qoruyucusu işləməyib. Nəticədə açdığı atəş bacısının köksünə dəyib.

                  

Olay zamanı uşaqların anası evdə olub.

 

Hələlik polis bu iş üzrə ittiham irəli sürməyib. Ancaq yerli informasiya vasitələri olayı bədbəxt hadisə kimi qeydə alınacağını ehtimal  edirlər.

 

Son zamanlar bu sayaq oxşar olay artıq baş verib. Ötən ay Nyu-Cersidə 4 yaşlı oğlan 7 yaşlı qonşusunu güllələmişdi. Tenness ştatında isə 4 yaşlı oğlan tapançadan yerli polis rəisi müavinin həyat yoldaşına atəş açmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182
avatar

Oxşar yazılar