Səudiyyə Ərəbistanı Pakistandan nüvə proqramı almaq üçün böyük məbləğdə vəsait xərcləyib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «BBC Newsnight»-a əsaslanaraq, bildirib ki, krallıq istənilən vaxt İslamabaddan nüvə silahı ala bilər.
«BBC»-nin dəyərləndirməsinə görə, Ər-Riyad atom bombasını Tehrandan tez əldə edə bilər.
«BBC Newsnight» NATO-nun yüksək vəzifəlisinə istinad edərək, bildirib ki, «Pakistanda Səudiyyə Ərəbistanı üçün düzəldilmiş» nüvə silahının tədarükə hazır olmasına dair kəşfiyyat məlumatı var.
Mənbə xatırladıb ki, 2009-cu ildə Səudiyyə Ərəbistanın kralı Abdulla ABŞ-ın özəl elçisi Denis Rossa xəbərdarlıqla bildirmişdi ki, Tehran «xətti keçərsə», o zaman Ər-Riyad da «nüvə silahı hazırlayacaq». 2012-ci ilin mayında isə Ross krallığın atom bombası üzərində işləməyə hazır olduğunu bəyan etmişdi.
«Əl-Ərəbiyyə» telekanalının məlumatına əsasən, Pakistan Səudiyyə Ərəbistanına nüvə silahı nə ötürmək, nə də satmaq niyyətində deyil.
Bu bəyanatla Pakistan xarici İşlər Nazirliyinin təmsilçisi çıxış edib. O, belə xəbəri «yalan və əsassız» adlandırıb.