Cinsi təcavüzə məruz qaldıqdan sonra onu zorlayan kişini tanımaması üçün diri-diri yandırılan 11 yaşlı qız Hindistanın şərqində Kəlküttədə xəstəxanada keçinib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, təcavüzkar ona evinin yaxınlığında hücum edib. Ancaq qız ona müqavimət göstərərək, qaça bilib. Qohumları ehtimal edib ki, təcavüzkar onun üzərinə kerosin töküb və o, qızı yandırıb.
Onların qənaətincə, cinayətkar qızın onu tanımasından ehtiyat etdiyi üçün bu hərəkəti edib.
Polis həmin adamı həbs edib və istintaqa başlayıb.