Misirdə cümə qorxusu
25 iyul 2013 15:49 (UTC +04:00)

Misirdə cümə qorxusu

 

"Müsəlman Qardaşları" Hərəkatı da, ordu da insanları aksiyaya çağırdı

 

 

Misirdə vəziyyət gərgin olaraq qalmaqdadır.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sabah cümə namazından sonra devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının paytaxt Qahirə də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirəcəkləri gözlənilir.

 

Qeyd edək ki, Misir ordusu Məhəmməd Mursininin devrildiyini və ev həbsində saxlanıldığını elan edən sonrakı 3 həftə ərzində ölkədə qarşıdurmalar səngimir. İndiyə qədər devrilmiş prezidentin tərəfdarları və əleyhdarları arasında qarşıdurmalar zamanı 100-dən çox insan ölüb. Buna baxmayaraq, Məhəmməd Mursini tərəfdarlarının aksiyaları demək olar ki, hər gün davam edir. Məhəmməd Mursinin azadlığa buraxılmasını və prezident səlahiyyətlərinin icrasını davam etdirməsini tələb edən "Müsəlman Qardaşları" Hərəkatı sabah da misirliləri kütləvi aksiyalarda iştirak etməyə çağırıb.

 

Bu arada Misir müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdul Fattah əl-Sissi də misirliləri sabah küçələrə çıxmağa və hərbi çevrilişi dəstəkləməyə çağırıb. Məhəmməd Mursinin devrilməsində həlledici rol oynamış  Abdul Fattah əl-Sissi bu gün İskəndəriyyədə hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı deyib ki, cümə günü hər bir şərəfli misirli onları müdafiə etmək üçün küçəyə çıxmalıdır: “Siz mənimlə, öz ordunuzla və polisinizlə birgə məsuliyyət daşıyırsınız və baş verənlər qarşısında öz mövqeyinizi ortaya qoymalısınız”.

 

ABŞ isə hesab edir ki, Misir ordusu bu addımı ilə ölkədə vətəndaş müharibəsinə yol aça bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar