Aleksey Navalnının tərəfdarları Moskvanın Manejnaya meydanında etiraz aksiyasına keçirilər.
Lent.az-ın «BBC»yə istinadən məlumatına görə, Kirov şəhər məhkəməsi iyulun 18-də «Kirovles»in əmlakını mənimsəməkdə» ittiham edərək, ona 5 il iş kəsib.
Vəkil qərardan şikayət veriləcəyini deyir.
Məlumatlara əsasən, polis metrodan meydana açılan çıxışı bağlayıb.
«İnterfax» bildirib ki, xüsusi təyinatlı polis dəstələri meydana girişləri metal sədlərlə bağlayıb.
Hakimiyyət icazəsiz aksiyaya imkan verilməyəcəyini xəbərdarlıq edib. Artıq Moskvada bir neçə aksiyaçının saxlandığı xəbər verilir.
Həmçinin Sankt-Peterburq, Samara və Kalininqradda etiraz aksiyaları gözlənilir.
Bundan başqa Tomskda Navalnıının həbsinə etiraz olaraq gəzinti təşkil edilib. Vladivostokda da tətk-tək piketlər keçirilib.