BƏƏ-də 94 nəfər «casus»luqda ittiham olunur
05 mart 2013 04:10 (UTC +04:00)

BƏƏ-də 94 nəfər «casus»luqda ittiham olunur

Martın 4-də Birləşmiş Ərəb Əmirliyində  (BƏƏ)ölkədə dövlət çevriliş etməkdə şübhəli bilinən 94 nəfəri məhkəməsi başlayıb.

 

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, məhkəməyə mühakimə olunanların yaxınları buraxılsa da, xarici jurnalistlər və hüquq müdafiəçilərinin məhkəmə zalına keçməsinə imkan verilməyib.

 

Mühakimə edilənlər arasında hakim, hüquqçu, akademik və tələbə liderləri də var.

 

Onların hamısı gtən il hakimiyyəti dissidentlərə qarşı mübarizə kampaniyası zamanı həbs olunub. Saxlanılanların «əl-İsla» təşkilatının üzvləridir. Onlar Misirdəki «Müsəlman qardaşları» ilə əməkdaşlıqda suçlu bilinir.

 

Şübhəlilərr KİV və sosial şəbəkə vasitəsi ilə ölkədə hakimiyyət dəyişikliyi etmək istəyirmiş.

 

Məlumata əsasən, mühakimə olunanlar tutulandan iki həftə sonra vəkilləri ilə görüşüb, buna görə də işə dair sənədlərlə yaxından tanış olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403
avatar

Oxşar yazılar