Zimbabvenin 89 yaşlı prezidenti Robert Muqabe prezident seçkisində məğlub olacağı halda postunu tərk edəcək.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, iyulun 31-də bu ölkədə prezident seçkisi keçiriləcək.
Muqabe Zimbabveyə 1980-ci ildən prezidentlik edir. O, bu siyasi kampaniyada əsas rəqibi baş nazir Morqan Tsvanqiraiyə qalib gələcəyinə əmindir.
Muqabenin ZANU-PF Partiyasının seçkidə saxtakarlıq edəcəyi, habelə səsvermənin nəticəsinə müdaxilə edəcəyi söylənilir. Hətta bu yöndə partiyanın hazırlıq işlərinə başladığı da bildirilib. Minlərlə ölü adına bildirişlər belə paylanıb və onların adlarının seçki siyahısına salındığı iddia edilir.
Seçici siyahıları bir neçə həftə gec dərc olunub.
Muqabenin partiyası ünvanına deyilənləri təkzib edib.