77 nəfərin qatili universitetə qəbul olunub
13 sentyabr 2013 04:14 (UTC +04:00)

77 nəfərin qatili universitetə qəbul olunub

2011-ci ildə 77 nəfəri qətlə yetirmiş Andres Berinq Breyvik Oslo Universitetinin politologiya fakültəsinə qəbul olunub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, qiyabi oxuyacaq.

Onun birinci ərizəsi geri qaytarılıb. Ona bildirilib ki, orta məktəbi bitirməyib. Məhbus qatil yayda lazım olan imtahanları verərək, bu tələbə yerinə yetirib.

 

Universitet rəhbərliyi bildirib ki, insanlıq prinsiplərini əsas götürərək, Breyvikin təhsil almasına icazə verib və bunu istənilən şəxs üçün edə bilər.

 

Breyvik həbsxanadadır və onunu təhsil almasına Mane olmamalıdır. Həbsxananın direktoru Knut Byarkeyd «TV2» telekanalına müsahibəsində bildirmişdi ki, həbsxana rəhbərliyi məhbuslara yardım etmək istəyir: «Azadlığa çıxdıqdan sonra onların iş tapmasına, müəyyən sahə üzrə ixtisaslaşmalarına yardım edirik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar