2013-cü ilin birinci rübü ərzində Rusiya federal qüvvələri Şimali Qafqazda 73 yaraqlı məhv edib. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya DİN-in yaydığı hesabatda bildirilir.
Məlumatda deyilir ki, öldürülənlərdən 15-i dəstə başçılarıdır. Aparılan əməliyyatlar nəticəsində 88 yaraqlı və onlara yardım edən şəxs ələ keçirilib.
3 ay ərzində yaraqlıların 26 bazası aşkarlanıb.