6 ayda Tacikistana 500-ə yaxın mühacir vətəndaşın meyiti gətirilib
20 iyul 2013 07:47 (UTC +04:00)

6 ayda Tacikistana 500-ə yaxın mühacir vətəndaşın meyiti gətirilib

Son 6 ayda Tacikistana 458 mühacir vətəndaşın meyiti gətirilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu göstəricini ölkə daxili işlər naziri Ramazan Rəhimov açıqlayıb.

 

Məmurun sözlərinə əsasən, onların çoxu (221 nəfəri) xəstəlikdən həyatını itirib. Başqa səbəblərdən – qətl ( 41 nəfər öldürülüb), yol nəqliyyat qəzası (34), intihardan (13) ölüblər.

 

Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2012-ci ildə 1055  mühacir ölkə vətəndaşının meyiti gətirilib.

 

Respublika Mühacirət xidməti bildirib ki, mühacirlərini çoxu, 1,1 milyon tacik Rusiyada işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar