5-ci iranlı diplomat Qərbə sığınıb
22 fevral 2013 21:21 (UTC +04:00)

5-ci iranlı diplomat Qərbə sığınıb

 

İranın Norveçdəki səfirliyinin ikinci katibi Məhəmmədrza Zare Norveç dövlətindən sığınacaq istəyib.

Lent.az-ın məlumatına görə, Məhəmmədrza Zarenin Qərbə sığınması səbəbi bilinmir.

Norveç mətbuatının yazdığına görə, Məhəmmədrza Zare siyasi sığınacağı Norveç hökumətindən iki ay əvvəl vəkili vasitəsilə istəyib. Məhəmmədrza Zare ailəsi ilə birlikdə naməlum ünvana köçürülüb. Norveç hökuməti onun və ailəsinin hazırda harda olduğunu açıqlamır və bunu təhlükəsizlik arqumenti ilə əsaslandırır. 

Norveç hökumətinin iranlı diplomata rəsmən siyasi sığınacaq verrməsi hələ bilinmir.

Məhəmmədrza Zare son dörd ildə Qərbə sığınan 5-ci İran diplomatıdır. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra İran diplomatları Məhəmmədrza Heydəri, Hüseyn Əlizadə, Fərzad Fərhəngiyan və Əhməd Məleki Qərbə sığınaraq İrana qayıtmaqdan imtina ediblər.

# 636
avatar

Oxşar yazılar

Leysan 28 nəfəri öldürdü

Leysan 28 nəfəri öldürdü

12 may 2024 , 15:05
Donuz böyrəyi köçürülən şəxs öldü

Donuz böyrəyi köçürülən şəxs öldü

12 may 2024 , 14:03
Səfir öldü

Səfir öldü

12 may 2024 , 14:01
Yaşayış binası vuruldu-Dağıntılar altında onlarla insan var

Yaşayış binası vuruldu-Dağıntılar altında onlarla insan var

12 may 2024 , 13:09
Avropada böyük ticarət mərkəzi belə yandı -VİDEO

Avropada böyük ticarət mərkəzi belə yandı -VİDEO

12 may 2024 , 11:46
Təhlükəli  asteroid   Yerə yaxınlaşır

Təhlükəli asteroid Yerə yaxınlaşır

12 may 2024 , 11:39
G20-də bir ilk

G20-də bir ilk

12 may 2024 , 11:24
Makedoniyalı İsgəndərin hamamı tapıldı

Makedoniyalı İsgəndərin hamamı tapıldı

12 may 2024 , 10:01