4 yaşlı qızı vurmuş rusiyalı diplomat məsuliyyətdən yayınıb
30 iyul 2013 06:19 (UTC +04:00)

4 yaşlı qızı vurmuş rusiyalı diplomat məsuliyyətdən yayınıb

Rusiyanın hüquq-mühafizə orqanları Almatıda elektromobil parkında 4 yaşlı Liliya Smetaninanı vurmuş rusiyalı diplomat Andrey Mamayevi cinayət məsuliyyətinə cəlb edə bilməyib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, smetaninalar ailəsinin vəkili bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları əvvəlcə şəxsiyyəti müəyyənləşməyən barəsində cinayət işi açıblar, ancaq sonradan müddəti keçdiyindən işi bağlayıblar. «Biz bunu qanunsuz sayırıq» -deyə, vəkil Valeri Sokolov söyləyib.

 

O, qeyd edib ki, Qazaxıstanın hüquq-mühafizə orqanların rusiyalı həmkarının bu addımından təəccübləniblər. Qazaxıstan Baş prokurorluğunun təqdim etdiyi cinayət işində Mamayevin adı göstərilib.

 

Məlumata əsasən, Rusiyanın Qazaxıstandakı baş konsulu Andrey Mamayev 2011-ci il mayın 1-də Almatıda elektromobil parkında 4 yaşlı Liliya Smetanina vurub. Xəsarət alan qızı şəhər xəstəxanasının reanimasiya bölməsinə aparıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar