48 saat ərzində Mursinin ifadəsi alınacaq
05 iyul 2013 10:41 (UTC +04:00)

48 saat ərzində Mursinin ifadəsi alınacaq

Misirin devrilmiş prezidenti həbsxanadan qaçmaq ittihamı ilə mühakimə olunacaq

 

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi məhkəməyə çıxarılacaq.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Misir baş prokuroru Abdulmecid Mahmud Məhəmməd Mursi və “Müsəlman Qardaşları” Hərəkatının (İhvan) liderlərinin xarici qüvvələrlə əməkdaşlıq edib, kəşfiyyat məlumatları toplamaq və həbsxanadan qaçmaq  ittihamı ilə mühakimə olunması barədə qərar verib.

Qeyd edək ki, İsmailiyyə Apelyasiya Məhkəməsi keçən həftə Natrun Vadisi Həbsxanasındakı İhvan liderlərinin 2011-ci il 25 yanvar inqilabı zamanı “Həmas” Hərəkatı ilə peyk üzərindən əlaqə qurularaq qaçırılması ilə bağlı cinayət işinə yenidən baxılması üçün Baş Prokurorluğa müraciət edib. Baş prokuror hazırda hərbçilərin nəzarətində ev həbsində saxlanılan Məhəmməd Mursinin 48 saat ərzində ifadəsinin alınacağını bildirib.

 

Xatırladaq ki, 2011-ci il yanvarın 28-də Natrun Vadisi Həbsxanasına hücum olub, aralarında Məhəmməd Mursinin də olduğu bir çox İhvan liderlərinin həbsxanadan qaçması təmin edilib.

# 552
avatar

Oxşar yazılar