400 nəfərə 1200 il iş
18 aprel 2013 02:12 (UTC +04:00)

400 nəfərə 1200 il iş

İranda 2012-ci ildə həbs edilmiş 400 nəfərə ümumulikdə 14 min 359 ay, təxminən 1200 il həbs cəzası verib. APA-nın HRANA-ya istinadən məlumatına görə, onlardan 13 min 134 ayı qəti, 1225 ayı şərti həbs cəzası olub.

Ötən bir il ərzində həbs edilənlərə ümumilikdə 839 zərbə şallaq, 1 mlrd. 926 mln. 500 min rial pul cəzası verilib.

Bu müddətdə düşüncə və söz azadlığına görə tutulanlar  9639 ay, tələbələr 403 ay, qadınlar 20 ay, fəhlələr isə 359 ay həbs cəzasına məhkum edilib. 

İran İnsan Haqları Fəalları Agentliyi bildirib ki, bu məlumatlar yalnız rəsmi sənədlər əsasında əldə edilib. Qeyri-rəsmi mənbələrə görə, həqiqi rəqəmlər bu göstəricilərdən daha çoxdur.

 

# 594
avatar

Oxşar yazılar