ABŞ-ın Arizona ştatının Tukson şəhər polisi ata və ananı həbs edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar üç qızlarını iki il yataq otağında qapalı şəkildə saxlamaqda şübhəli bilinirlər.
Polis bildirib ki, atası bıçaqla onlara basqın edəndən sonra 12 və 13 yaşlı qızlar qaçaraq, qonşuları yardıma çağırıb. Hadisə yerinə gedən polis üçüncü qızı da xilas edib.
Qızlar deyib ki, onları ayrı-ayrı otaqlarda saxladıqlarından iki ilə yaxındır biri-birilərini görə bilməyiblər. Onlar bir nçə aydır çimmədkilərini də vurğulayıblar.