ABŞ-da islama mənfi münasibəti ilə tanınan rahib Terri Cons saxlanılıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Terri Cons 2001-ci il 11 sentyabr olayları zamanı həyatını itirən 2 min 998 nəfərin sayına uyğun olaraq “Quran” yandırmağa hazırlaşan zaman polis tərəfindən yaxalanıb.
Polisin yaydığı açıqlamada bildirilib ki, Terri Cons detektivlərə parka gələcəyini və “Quran” yandıracağını söyləyib. Terri Cons polisə ifadəsində “Quran” yandıraraq islamın yaratdığı təhlükəyə diqqət çəkmək istədiyini söyləyib.