İngiltərənin cənubunda, Qərbi Sasseks qraflığında keçirilən Qudvud festivalında açılan hərracda avtomobili rekord qiymətə alıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir yerlik «W196» modelli «Merseder-Bents» mühərrikinin həcmi 2,5 litr olan avtomobil 30 milyon dollara satılıb.
Bu avtomobil 1950-ci ildə «Forumla-1» yarışını 5 dəfə qazanıb.
1954-cü ildə isə argentinalı Xuana Manugl Fanxio bu maşınla Almaniya və İsveçrədə iki «Qran pri»Nin qalibi olub. Bu ikinci dünya savaşından sonra alman avtomobilinin ilk zəfəri idi.