Əfqanıstanda taliban tərəfindən qaçırılan Türkiyə vətəndaşı Sərtaç Dikiltaş Milli İstihbarat Təşkilatının (MİT) müdaxiləsi nəticəsində sərbəst buraxılıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, Əfqanıstanda tikinti şirkətlərindən birində texniki işçi kimi çalışıb. 2011-ci yanvarın 9-da tərcüməçi, Əfqansıtan vətəndaşı Hasibullah Danişvər ilə birlikdə Cəlalabad şəhərindən Kabula gedərkən yolda talbilər tərəfindən oğurlanıblar.
2 ildən artıq müddət ərzində onları talibanın əsirliyində qalıblar. Diliktaşın ailəsi onun əsirlikdən qurtarması ilə bağlı Türkiyə hakimiyyətinə müraciət etmişdi.
MİT –in əldə etdiyi məlumatlar nəticəsində məlum olub ki, talibanın Suriya, İraq, İran, Pakistan və Livandan qaçırılan, yaxud saxlanılan Türkiyə və xarici ölkə vətəndaşlarını əsir saxladığı məlum olub.
Martın 31-də Diliktaşın Türkiyə qayıdacağı gözlənilir.