2035-ci ilədək dünyada neftə ehtiyac 0,8 faiz artacaq.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda İngiltərənin «bp» şirkətinin «2035-ci ilədək dünya energetikasının inkişafının proqnozu» hesabatında göstərilib.
Bununla belə 2012-ci illə müqayisədə 2035-ci ildə dünyada neft və başqa maye yanacaqlara tələbat gündə 19 milyon bareldən artıq olacaq.
Hesabata əsasən 2014-cü ildə maye yanacaq hasilatının həcminə görə, ABŞ Səudiyyə Ərəbistanını birinci yerdən sıxışdıracaq.
2012-ci illə müqayisədə 2035-ci ildə ABŞ-ın neft idxalatı təxminən 75 faiz azalacaq.