2030-cu ildə dünya əhalisinin 3 faizi yoxsul olacaq
08 noyabr 2013 07:50 (UTC +04:00)

2030-cu ildə dünya əhalisinin 3 faizi yoxsul olacaq

Dünya bankı dünya sakinləri yoxsulluğunun azaldılması və təminatının yaxşılaşdırılması məqsədi ilə iri miqyaslı strateji məqsəd qoyduğunu açıqlayıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda qurumun maliyyə xidmətinin rəhbəri Bertran Bədre jurnalistlərə müsahibəsində bildirib.

 

«2030-cu ilədək gündəlik gəliri 1,25 dollardan az olan insanların sayının azalmasını istəyirik. 2030-cu ilədək dünyada belə insanların sayının 3 faizdən çox olmamasını istəyirik. Əgər 2030-cu ildə dünya əhalisinin sayı 8-9 milyard olacaqsa, bu zaman belə insanların sayı da 250 milyon nəfər təşkil edəcək» -deyə, Bədre söyləyib.

 

O, qeyd edib ki, 1990-cı ilə dünya insanlarının 40 faizi yoxsulluq  səviyyəsində yaşayırdısa, hazırda bu rəqəm 15 faizə enib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Oxşar yazılar