ABŞ milli kəşfiyyat qurumunun direktoru Ceyms Klepper amerikalıların izlənilməsi proqrammı ilə bağlı həqiqətin gizlədilməsinə görə senatddan üzrə istəyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, cari ilin martında «Milli Kəşfiyyat Agentliyi milyonlarla amerikalı haqda məlumat toplayırmı» sualın cavabında Klepper demişdi: «Xeyir, cənab».
Ancaq bu ilin iyununda Mərkəzi Kəşfiyyat İdarəsinin və agentliyin keçmiş əməkdaşı Edvard Snouden bunun əksi haqda açıqlama verib.
C.Klepper bu etirafı etmək üçün uzun müddət düşündüyünü bildirib: «Mənim cavabı səhv idi.Ona görə üzr istəyirəm».
Xatırladaq ki, Ceyms Klepper ABŞ-ın 16 kəşfiyyat orqanı o cümlədən, Milli Kəşfiyyat Agentliyi, Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Araşdırma Bürosunun fəaliyyətini əlaqələndiricisidir.