13 nəfəri qətlə yetirmiş zabitin məhkəməsi başlayıb
07 avqust 2013 07:52 (UTC +04:00)

13 nəfəri qətlə yetirmiş zabitin məhkəməsi başlayıb

 

ABŞ-ın Fort-Xud hərbi bazasında 13 nəfəri qətlə yetirmiş, 30-dan insanı yaralamış hərbi psixiatrın məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay 4 il öncə hərbi bazanın yerləşdiyi Texas ştatında baş verib.

 

2009-cu il noyabrın 5-də mayor Nidal Malik Həsən iki tapançadan, 7 dəqiqə ərzində öz hərbçi həmkarlarına   yüzdən artıq atəş açıb.

 

Hakim qərara gəlib ki, Həsən dini inancından məhkəmədə istifadə edə bilməz.

 

Hərbi prokuror Malik Həsənin atəş açmazdan öncə, «radikallaşdığını», internetdə «cihad» və «taliban» sözlərinə axtarış verdiyini  dəlil kimi göstərib.

 

Hazırda o, əlil kreslosunda oturur. İstintaq zamanı o, özü-özünü müdafiə edəcək. Dindirmədə sağ qalan şahidlərin də ifadə verəcəyi gözlənilir.

 

Suçu təsdiqlənəcəyi halda mayoru edam hökm çıxarılacaq. 1961-ci ildən sonra bu hərbi məhkəmənin edam hökmü çıxaracağı ilk hadisə ola bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1745

Oxşar yazılar