Əslən Güney Azərbaycandan olan Xatun Xoyxani 15 il gözlədikdən sonra ABŞ vətəndaşlığın alıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onun 100 yaşı var. O, bu il ABŞ vətəndaşı olmuş ən yaşlı sakindir.
Bu yaşlı qadın 1998-ci ildən Los – Ancelosa mühacirət edib.
Yerli vətəndaşlıq və mühacirət xidməti bildirib ki, son 50 ildə yüz və ondan artıq yaşı olan 27 nəfərə ABŞ vətəndaşlığı verilib.
Vətəndaşlıq almış ən yaşlı mühacirin 117 yaşı olub. O, Türkiyədən köç Mannik Boxçaliandır.