Uşaq oyuncağı narkotik barədə mahnı oxudu
05 iyul 2021 06:33 (UTC +04:00)

Uşaq oyuncağı narkotik barədə mahnı oxudu

Tayvanda satılan kaktus formalı uşaq oyuncağı polyak dilində narkotik və intiharla bağlı mahnılar səsləndirib.

Lent.az xəbər verir ki, bu barədə “Taiwan News” məlumat yayıb.

Buna baxmayaraq, oyuncağı hazırda Tayvanın paytaxtındakı müxtəlif mağazalarda, həmçinin “Amazon” və bu kimi onlayn ticarət platformalarında da satın almaq olar.

“Tayçjunda yaşayan polşalı qadın müəyyən edib ki, kaktus əslində mətnləri kifayət qədər aydın şəkildə oxuyur. Bu mətnlərdə bir neçə dəfə narkotik və özünə qəsd barədə fikirlər səsləndirilib”, - deyə məlumatda bildirilir.

Sözügedən qadın qeyd edib ki, həmin mahnıları bundan qabaq polşalı reper “Cypis” səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar