"Uşağına süd verən analar da peyvənd olunmalıdır" - TÖVSİYƏ
20 iyul 2021 05:18 (UTC +04:00)

"Uşağına süd verən analar da peyvənd olunmalıdır" - TÖVSİYƏ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azyaşlı körpəsinə süd verən anaların da koronavirusa qarşı peyvənd edilməsini tövsiyə edib.

APA TASS-a istinadən xəbər verir ki, təşkilatın İmmunlaşdıma üzrə strateji məsləhət qrupunun Cenevrədə keçirilən iclasda bu qərar gəlinib.

Bildirilib ki, anaları peyvənd olunan körpələr heç bir risk altında olmayacaq: “Bir sıra qısamüddətli tədqiqatlar göstərir ki, süd verən analar peyvənd olunduqdan sonra onların körpələri üçün heç bir risk olmayacaq”. 

ÜST-ün İmmunlaşdırma Qrupu, həmçinin, bəyan edib ki, xəstəliyi olan uşaqlar cəmiyyətdə virusun yayılma səviyyəsi yüksək olduqda, peyvənd olunanların siyahısan daxil edilməlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Oxşar yazılar