Ukrayna prezidenti Vladimir Zelenski hərbi və ya döyüş şəraitində hərbi qulluqçuların məsuliyyətinin gücləndirilməsi haqqında qanunu imzalayıb.
Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.
Bundan sonra hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə, döyüş meydanını özbaşına tərk etməyə və ya silahdan istifadədən imtina etməyə, əmrə tabe olmamağa görə məsuliyyət ağırlaşdırılıb.