Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 59 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twıtter” səhifəsində bildirib ki, ölkə əhalisinin az peyvənd olunduğu bölgələrdə infeksiyaya yoluxma artıb.
Nazirliyin məlumatında isə bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 228 min 826 nəfər test edilib, onların 5 min 676-nın koronavirus testi pozitiv nəticə verib, 5 min 126 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşılan cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil olmaqla, 57 milyon 19 min 923 peyvənd tətbiq edildiyi qeyd olunub.