“Taliban” silahlıları Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdikdən bir neçə saat sonra prezident sarayına daxil olublar.
APA xəbər verir ki, “Al Jazeera” telekanalı hərəkat üzvlərinin sarayda görüntülərini yayıb.
Onlarla silahlı ilə əhatə olunmuş hərəkat rəhbərliyi ölkə başçısının kürsüsündən mediaya müraciət edib.