Tacikistanın şimalında baş verən zəlzələ nəticəsində 5 nəfər həlak olub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə ölkənin fövqəladə vəziyyətlər üzrə komitəsinin mətbuat xidmətinin rəhbəri Umed Yusifi məlumat verib.
Onun sözlərinə görə, zəlzələ iyulun 10-da yerli vaxtla saat 07.14-də paytaxt Düşənbədən 165 kilometr şimal-şərqdə Rəşt rayonundan 21 kilometr şərqdə 6 bal gücündə olub.
Yusifi əlavə edib ki, ölənlər Tadjikabad rayonun Lanqari Şox kəndinin sakinləridir. Yaralılar da var.