54 yaşlı hüquqşünas və ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın keçmiş vəkili Nataşa Pirc-Musar Sloveniyada keçirilən prezident seçkilərində qalib gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, ölkə tarixində Sloveniya dövlətinin başçısı postunu tutan ilk qadın olub. Yeni prezidentin ilk qərarları və gələcək təşəbbüsləri barədə 24ur portalı məlumat yayıb.
Trampın həyat yoldaşının keçmiş vəkili hökumətin yaşlıların və gənclərin ehtiyaclarına diqqətini artıracağına, eləcə də ölkə əhalisinin onu “bütün Sloveniya vətəndaşları üçün” prezident kimi qəbul etməsi üçün insan haqları və demokratiyanı qoruyacağına söz verib.
Nataşa Pirc-Musar səslərin demək olar ki, 54 faizini, onun birbaşa rəqibi, keçmiş xarici işlər naziri Anje Loqar isə 46 faiz səs toplayıb.