Sərxoş halda dənizə girdi, köpəkbalığı parçaladı
15 iyul 2021 03:36 (UTC +04:00)

Sərxoş halda dənizə girdi, köpəkbalığı parçaladı

Braziliyanın Jabuatan-dusQuararapis şəhər çimərliyində təşkil olunmuş ziyafət faciə ilə bitib.

APA “Daily Star”a istinadən xəbər verir ki, məclis iştirakçıları spirtli içkinin təsiri altında suya giriblər. Bu vaxt köpəkbalığı onlardan birinə hücum edib.

Sərxoş kişilərdən biri öz yoldaşının suda çapaladığını görüb və bundan sonra çoxlu qan suyun üzünə yayılıb.

Köpəkbalığının hücum etdiyi şəxsi dənizdən çıxarıblar. Məlum olub ki, yırtıcı balıq onu qolundan dirsəyə qədər dişləyib və ayağını qoparıb. Zərərçəkmiş xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Oxşar yazılar