Seldə ölənlərin sayı 81-ə çatdı -FOTO
16 iyul 2021 10:53 (UTC +04:00)

Seldə ölənlərin sayı 81-ə çatdı -FOTO

Almaniyada güclü yağışlar həyatı iflic edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Almaniyanın qərbindəki Reynland-Pflaz və Şimali Reyn-Vestfaliya əyalətində sel və daşqınlardan ölənlərin sayı 81-ə çatıb.

Əyalətin regional rəhbərliyinin bildirdiyinə görə itkin düşənlərin sayı 1300 nəfərdir.

İki əyalətin də bir çox yerlərində evlərin çökdüyü, küçələrin su altında qaldığı və bir neçə yaşayış məntəqələrin də risk altında olduğu bildirilib.

Sevinc Fərid

# 1464
avatar

Oxşar yazılar