Rusiyanın Volqoqrad vilayətinin Mixaylovsk rayonu ərazisində federal R-22 avtomobil yolunda UAZ, VAZ və yarımqoşqulu yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 7 nəfər həlak olub. Bildirilib ki, ölənlərin hamısı UAZ markalı avtomobildə olub. Faktla bağlı araşdırma aparılır.