Rusiyada DƏHŞƏT:  Yeniyetmə dörd nəfəri qətlə yetirdi, daha sonra özü öldü
28 may 2025 07:52 (UTC +04:00)

Rusiyada DƏHŞƏT: Yeniyetmə dörd nəfəri qətlə yetirdi, daha sonra özü öldü

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmə bıçaqla dörd həmyaşıdını qətlə yetirib, daha sonra baş verən yanğın nəticəsində özü də ölüb.

Lent.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi "Telegram" kanalında məlumat yayıb.

İstintaq versiyasına görə, hadisə “Qornıy Baykal” bağçılıq kooperativində yerləşən fərdi evdə baş verib. Eyni evdə olan yeniyetmələrdən biri digərlərinə bıçaqla hücum edib. Dörd nəfər hadisə yerində ölüb, daha dörd yeniyetmə isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

“Hücum edən şəxs daha sonra evi yandırıb və baş verən yanğın nəticəsində ölüb”, - İstintaq Komitəsi bildirib.

Hadisə yerində beş yeniyetmənin meyiti aşkarlanıb. Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb. Hadisənin bütün detalları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar