Ukraynada Rusiya ordusunun daha bir generalı öldürülüb.
Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna prezident ofisinin məsləhətçisi Aleksey Arestoviç bir qədər əvvəl keçirdiyi brifinqdə bildirib.
Qeyd olunub ki, öldürülən general-leytenant 49-cu ordunun komandanı Yakov Ryazantsevdir.
O, Çernobaeyvka yaxınlığında həlak olub.
Qeyd edək ki, bununla da Rusiya ordusunun Ukraynada itirdiyi generalların sayı 7 nəfərə çatdı.