Qonşu ölkədə karantinin vaxtı dekabrın 20-dək uzadıldı
09 iyul 2021 23:00 (UTC +04:00)

Qonşu ölkədə karantinin vaxtı dekabrın 20-dək uzadıldı

Ermənistan hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətə görə tətbiq olunan karantinin müddəti iyulun 11-də başa çatır.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bununla bağlı bu gün Ermənistan Nazirlər Kabineti yeni qərar qəbul edib.

Qərara əsasən, Ermənistanda və bütün sərhəd keçid məntəqələrində tətbiq olunan karantinin müddəti 11 iyul 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək uzadılıb.

Xatırladaq ki, Ermənistanda bundan əvvəl karantinin uzadılması ilə bağlı qərar 11 sentyabr 2020-ci il tarixində qəbul edilmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar