Türkiyədə qohumlar arasında atışma baş verib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Samsun şəhərində olub.
Qohumlar arasında çıxan silahlı insidentdə 1 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda həkim və jandarma qrupları sövq edilib.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.