Almaniyanın Münhen ərazisində iki elektrik qatarı toqquşub, bir nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb.
APA “Bild” nsəşrinə istinadən xəbər verir ki, hadisə Ebenhauzen şəhərində saat 16:40 radələrində baş verib.
Hadisə yerinə 200-ə yaxın polis əməkdaşı gəlib, helikopter cəlb olunub.
Qəzadan sonra dəmir yolu xətti bağlanıb, xilasetmə işlərinin gecə saatlarına qədər davam edəcəyi gözlənilir.