Qarşıdakı aylarla bağlı QORXUNC PROQNOZ:  "daha rəqabətli virus ortaya çıxmasa..."
24 iyul 2021 06:20 (UTC +04:00)

Qarşıdakı aylarla bağlı QORXUNC PROQNOZ: "daha rəqabətli virus ortaya çıxmasa..."

“Qarşıdakı aylarda koronavirusun “Delta” ştammı dominatlığını qoruyub saxlayacaq”.

APA xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi ilə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yayımladığı məlumatda bildirilib.

“Mövcud tendensiyalara əsaslanaraq, “Delta” variantı yaxın aylarda dünyada hökm sürən gərginlik yaradacaq. Artıq demək olar ki, bu, bütün Avropa ölkələri üçün də müəyyənləşdirilib”, məlumatda vurğulanıb.

Hesabatda, həmçinin, qeyd edilib ki, daha rəqabətli virus ortaya çıxmasa, “Delta” digər ştammlardan daha çox yayılmağa davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367
avatar

Oxşar yazılar