Qara dəniz çimərlikləri gələn həftə açıla bilər: BİR ŞƏRTLƏ Kİ...
18 iyun 2021 07:32 (UTC +04:00)

Qara dəniz çimərlikləri gələn həftə açıla bilər: BİR ŞƏRTLƏ Kİ...

0

“Rusiyanın Qara dəniz sahillərində yerləşən kurortlarında çimərlik mövsümü rəsmi olaraq gələn həftə açıla bilər”.

APA xəbər verir ki, bunu Rusiyanın Hidrometeoroloji Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, gələn həftə Qara dəniz sahillərində suyun temperaturu  20 dərəcədən yuxarı olacaq: “Çimərlik mövsümü yaxınlaşır. Hazırda ən isti su Anapa, Feodosia və Evpatoriadadır. Orada suyun temperaturu 20-21 dərəcəyə qədər istiləşib. Aluştada suyun istiliyi 15, Yaltada 16, Gelendjik, Tuapse və Soçidə isə hələ 19 dərəcədir”.

Qeyd edək ki, mütəxəssislər çimərliklərdə suyun temperaturunun orta hesabla 20-22 dərəcəyə qalxmasını uşaqlar da daxil olmaqla, insan orqanizmi üçün rahat və optimal hesab edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1263

Oxşar yazılar