“Putinin Ukraynada  qalib gəlməsinə   imkan verə bilmərik” - Stoltenberq
26 oktyabr 2022 22:20 (UTC +04:00)

“Putinin Ukraynada qalib gəlməsinə imkan verə bilmərik” - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nə qədər davam edəcəyi ilə bağlı spekulyasiya etmək niyyətində deyil, lakin əmin edib ki, NATO Rusiya prezidenti Vladimir Putinin qalib gəlməsinə imkan verə bilməz - bu, təkcə Ukrayna üçün deyil, həm də NATO üçün böyük fəlakət olacaq. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, Brüsseldə NATO-nun mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

"Müharibənin nə qədər davam edəcəyi ilə bağlı spekulyasiya etməyəcəyəm, ancaq iki şey deyəcəm. Biri odur ki, biz Ukraynanı nə qədər lazım olsa dəstəkləməyə hazırıq. Prezident Putinin qalib gəlməsinə imkan verə bilmərik.

Bu, ukraynalılar üçün fəlakət və faciə olardı, eyni zamanda bizi NATO müttəfiqlərini daha həssas edəcək, çünki bundan sonra prezident Putinin hərbi gücdən istifadə edərək hədəfə çata biləcəyi dərsi öyrəniləcəkdir” – Stoltenberq vurğulayıb.

Onun qeyd etdiyi ikinci məqam “bütün müharibələrin danışıqlar masası arxasında bitməsi” olub.

“Eyni zamanda, biz bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nəyə nail ola biləcəyi tamamilə onun döyüş meydanında nəyə nail ola biləcəyindən asılıdır”, - baş katib buna əmindir.

Bununla bağlı o qeyd edib ki, NATO müttəfiqləri Ukraynaya hərbi dəstək verməklə “Ukrayna üçün məqbul olacaq nəticəni maksimuma çatdırmağa və buna nail ola biləcəyi vaxtı minimuma endirməyə” çalışırlar.

“Ukrayna döyüş meydanında nə qədər güclüdürsə, Ukraynanın Avropada suveren müstəqil dövlət kimi qalib gəlməsini təmin edəcək siyasi həll bir o qədər tez əldə olunacaq”, - Stoltenberq bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283
avatar

Oxşar yazılar